Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

Azərbaycanda çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

"Çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə əsasən, 8-ci maddədə adıkeçən şəxslərə - çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.