Azərbaycanda bu banklara 1 ay VAXT VERİLDİ

Auditə və hesabatların vaxtı-vaxtında dərc olunmasına, müştərilərin və əhalinin məlumatlandırılmasına dair banklara qarşı tələblər Mərkəzi Bank tərəfindən kəskin artırılmışdır.
!@#
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Banklar hər ilin ilk 5 ayı ərzində əvvəlki il üzrə audit hesabatını açıqlamalıdırlar. Bu gün verilən məlumata görə, pandemiya ilə əlaqədar yalnız 2 bank – RabitəBank və AccessBank bunu edə bilməyiblər. Onlar Mərkəzi Banka müraciət edib 1 ay möhlət istəyiblər. Onlar da İyun ayı ərzində bu prosesi başa çatdıracaqlar”,- Elman Rüstəmov əlavə edib.











