Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycan neft ixracını azaldıb

Azərbaycan neft ixracını azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə “ENA” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

!@#

Məlumata görə, bunun 4,6 milyon tonu konsorsium, 255 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən təxminən 182 min ton, yəni 4 % azdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə