Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycan gömrüyündə “Malların ikipilləli buraxılış sistemi” tətbiq ediləcək

Azərbaycan gömrüyündə “Malların ikipilləli buraxılış sistemi” tətbiq ediləcək

Azərbaycanın gömrük sistemində “Malların ikipilləli buraxılış sistemi”nin tətbiqi nəzərdə tutulur.

Bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planında öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlərin gücləndirilməsi (Gömrük ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması), həmçinin mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmininin inkişaf etdirilməsi planlaşdırılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə