Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

“AvtoVAZ” istehsalı tamamilə dayandırıb

“AvtoVAZ” istehsalı tamamilə dayandırıb

“AvtoVAZ” elektron komponentlərin qıtlığı səbəbindən Rusiyanın Tolyatti şəhərindəki hər üç konveyerdə avtomobillərin istehsalını dayandırıb.

ENA.az xəbər verir ki, avtomobil istehsalı, istehsalat obyektlərinin təminatı və istismarı ilə məşğul olan işçilərə noyabrın 12-də orta əmək haqqının üçdə iksi məbləğində kompensasiya ödəniləcək.

Müəssisənin mətbuat mərkəzinin rəhbəri istehsalın dayandırıldığını təsdiqləyib. Onun qeyd etdiyi kimi, hazırda bütün dünyada elektron komponentlərlə bağlı oxşar vəziyyət yaranıb və bu insidentdə heç bir sensasiya yoxdur.

“AvtoVAZ” zavodlarına avtomobillərin yığılması bu ilin iyun ayından başlayaraq fasilələrlə işləyir. Bunun səbəbi elektron komponentlərin təchizatı ilə bağlı problemlər olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə