Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“Atəşgah Sığorta”nın İdarə Heyətinə təyinatlar olub

“Atəşgah Sığorta”nın İdarə Heyətinə təyinatlar olub

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzvlər təyin olunur.

Məlumata görə,  Xumar İmamverdiyeva Emil qızı və Xaqani Baxşəliyev Firdusi oğlu “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzv seçiliblər.

Bununla da “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvlərinin sayı 5-ə çatıb.

Sığorta şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”ə, 27%-i “Ran-Exim” şirkətinə, 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Səhmdarlardan “Ran-Exim” şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə