Apple şirkəti iPhone istehsalının bir hissəsini Hindistana keçirdəcək

Apple şirkəti öz məhsullarının istehsalat prosesinin bir hissəsini Çindən Hindistana keçirtməyi planlaşdırır. Məlumata əsasən Hindistanda olan Wistron və Foxconn zavodları növbəti 5 il ərzində ümumi qiyməti 40 milyard dollar olacaq iPhone modellərini istehsal edəcəklər. Bu barədə Macrumors saytı xəbər verib. Məlumata əsasən iPhone modellərinin istehsalatlarınn 1/5 hissəsinin Çindən Hindistana keçirilməsi üçün Apple şirkətinin top-menecerləri artıq bəzi hindistanlı məmurlarla danışıqlar aparıblar. Hindistan hökumətinin təmsilçisinin sözlərinə əsasən Apple şirkətinin bu cür qərarı Hindistanın elektrotexnika istehsalınn stimullaşdırılması sistemi olan PLI ilə əlaqəlidir.
!@#
Beləliklə PLI sisteminin üstünlüklərindən istifadə etmək üçün şirkət 2020-2025-ci illər ərzində hər il ümumi dəyəri 10 milyard dollardan az olmayan mobil telefonlar istehsal etməlidir. 2019-cu ildə Apple şirkəti Hindistan bazarı üçün ümumi dəyəri 1.5 milyard dollar olan smartfolar istehsal etmişdi. Lakin bu göstəricinin yalnız 30%-dən az hissəsi Hindistanın istehsalat gücünün payına düşüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-2019-cu illərdə Apple şirkəti Çində ümumi dəyəri 220 milyard dollar olan məhsullar istehsal edib











