Əsas məzmuna keç
Bakı +14°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

“Apple” şirkəti “iPhone 4” modelinə bənzəyən smartfon buraxmağa hazırlaşır

“Apple” şirkəti “iPhone 4” modelinə bənzəyən smartfon buraxmağa hazırlaşır

Yeni iPhone nəsli fərqli metal çərçivəyə malik olacaq və bununla da iPhone 4 modelinə bənzəyəcək.

Tanınmış analitik Min-Chi Kuo belə hesab edir ki, bu smartfon 2020-ci ildə çıxacaq.

Appl köhnə dizayna qayıtmaq ideyası qəribə görünə bilər. iPhone 4 xəbəri hələ 2010-cu ilin iyununda çıxmışdı, ona görə də, Apple Iphone 4 dizaynını 2020-ci ildə  tətbiq etsə bu, gadget-in 10 illik yubileyini bayram etməyə yaxşı bir səbəb kimi olacaq. Bundan başqa, bu, iPhone-un ən tanınmış dizaynlarından birinə hörmət əlamətidir.

Apple-ın keçən il daha qalın və sərt bucaqlı korpusu olan iPad Pro-sunu nəzərə alsaq, bu daha kompakt iPhone dizaynının seçimi iPhone və iPad seriyalarını birləşdirməyə kömək edə bilər. Kuo-nun sözlərinə görə, 2020-ci ilə nəzərdə tutulan növbəti iPhone partiyası 5,4, həmçinin, 6,1 və daha çox dyümlük ölçüsü olan ekrana malik olacaq. Hər üç yeni model OLED ekranla təchiz ediləcək.

Onlar tam olaraq iPhone 4-ün sadəcə böyük ölçülü klonu olmayacaqlar. Belə ki, onların 2.5D şüşə paneli də olacaq və bununla həmin iPhonle-lar daha yumru görüntüyə malik olacaqlar. 

Yeni smartfonlar təkcə zahirən dəyişməyəcəklər, əsas yenilik 5G dəstəklərinin olması olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə