“ABŞ-ın Qarabağla bağlı mövqeyi Rusiya ilə üst-üstə düşür”

“Dağlıq Qarabağ münaqişənin nizamlanması Rusiya ilə ABŞ-ın eyni tərəfdə olduğu mövzulardan biridir”.
ENA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn deyib.
!@#
“Artıq münaqişə Azərbaycanla Ermənistan arasında davam edir. Bura eyni tərəfdə olduğumuz bir sahədir, bölgəyə sülh gətirməyə çalışaraq bunu bölüşürük. Yəni əməkdaşlıq edə biləcəyimiz və etməli olduğumuz sahələr var” deyə, o bildirib.











