Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

ABŞ-ın 3 şirkəti “Dow Jones” indeksini tərk edir

ABŞ-ın 3 şirkəti “Dow Jones” indeksini tərk edir

ABŞ-ın bulud əsaslı proqram təminatı şirkəti “Salesforce.com”, biotexnologiya şirkəti “Amgen”, eləcə də aviasiya məhsulları və xidmətləri də daxil olmaqla sektora özəl həllər təklif edən “Honeywell İnternational” şirkətlərinin səhmlərindəki qiymət dəyişikliyi bundan sonra “Dow Jones” fond birjası indeksində öz əksini tapacaq. 

ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, əvəzində gələn aydan ABŞ-ın “Exxon Mobil”, “Pfizer” və “Raytheon Technologies” şirkətlərinin səhmləri həmin indeksin müəyyən olunmasında iştirak etməyəcək. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə