52 xarici təşkilat Rusiyanın SWIFT analoquna qoşulub

Artıq 52 xarici təşkilat SWIFT-in analoqu olan Rusiya Maliyyə Mesajlaşma Sisteminə qoşulub.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib.
!@#
Xatırladaq ki, Ukraynada müharibə başlayandan Avropa İttifaqı Rusiyanın yeddi böyük bankını SWIFT sistemindən ayırıb: VTB, Rossiya, Otkritie, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF.











