Sənaye

Səudiyyə Ərəbistanının neftlə bağlı vədlərindən qorxmaq lazımdırmı?

Səudiyyə Ərəbistanının Enerji naziri Fələst əl-Falihin bəyanatı yüksək neft qiymətlərinə təsirsiz  ötüşməyib və 1 barel neftin qiymətinin 75 dollara yaxınlaşmasına səbəb oldu. Bununla belə, Səudiyyə rəsmisinin günlük neft istehsalının 12 milyon barelə çatdırmaq üçün hazırlıqların aparılmasına dair bəyanatına ekspertlər şübhə ilə yanaşırlar.

Siyasi kontekst də nəzərə alınmalıdır: Səudiyyə Ərəbistanı jurnalist Kaşıqçının sui-qəsdi ilə bağlı qalmaqallı və həssas bir vəziyyətdədir .Bu vəziyyətdə Tramp hərbi müqavilələri qurban vermək istəməsə də, ABŞ Konqresinə aralıq seçkilərin keçirildiyi zaman baş verənlərə tamamilə göz yuma bilmir. Çünki bir sıra ictimai xadimlər və siyasətçilər insan hüquqlarının pozulmasına reaksiya verilməsini tələb edirlər.

Səudiyyə Ərəbistanı, əslində, Əl-Falihin bəyanatı ilə Trampın reaksiyasını yumşaltmağa çalışır. Ancaq vədlər vəd olaraq qalır və ya tam yerinə yetirilmir. Əl-Falih'in bəyanatı, bazar iştirakçılarının neftə olan tələbatının azalması ilə eyni vaxta təsadüf etsə də (əsasən Hindistanın neftə təlabatının azalması ) bu günə qədər bazarda davam edən kəsiri dolduracaq qədər əhəmiyyətli deyil. Ekspertlərin fikrincə belə bəyanatlar neft bazarını daha həssas duruma sala bilər. Əgər Səudiyyə Ərəbistanı verilən vədə əməl etməsə və İran əvvəlki ixrac səviyyəsinə qayıda bilməsə, yaxın 3-6 ayda brent markalı neftin qiyməti 85-90 dollar arasında dəyişə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department