Rusiyada daha iki bank bağlanır
Rusiya Bankı (Mərkəzi Bank) “Uraltransbank” və “Soyuznıy” bankın lisenziyalarını geri çağırıb.
Bu barədə tənzimləyici qurumun yaydığı məlumatda bildirilir.
“Soyuznıy” bankda Rusiya Bankının normativlərinin, terrorizm və cinayət yolu ilə əldə olunmuş çirkli pullların yuyulması ilə bağlı qanunvericiliyin tələblərinin pozması faktları aşkar edilib. Bu il sentyabrın 1-nə bu bank aktivlərin həcminə görə sistemdə 235-ci yeri tutub.
“Uraltransbank”ın da bağlanmasına səbəb Mərkəzi Bankın normativlərinə cavab verməməsi səbəb olub. Bu il oktyabrın 1-nə bu bank aktivlərin həcminə görə 196-cı yeri tutub.
Qeyd edək ki, hər iki bank əmanətlərin sığortalanması sisteminin üzvüdür və lisenziyanın geri çağırılması sığorta hadisəsi sayılır.