ABŞ-ın bəyanatı Rusiyada dolları ucuzlaşdırdı
Bu gün Rusiya valyutası gözlənilmədən mövqeyini möhkəmləndirib.
"Bİ" xarici mediaya istinadən xəbər verir ki, rublun bahalaşmasına ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bəyanatı səbəb olub. Xatırladaq ki, Bolton öz bəyanatında hazırda Rusiyaya qarşı sanksiyaların planlaşdırılmadığını açıqlayıb.
Bundan sonra birjalarda xarici valyutalar rubla qarşı ucuzlaşmağa başlayıb. Bu gün saat 20:02 radələrində Moskva birjasında dollar 0,09 % ucuzlaşaraq 65,42 rubla ticarət edilib. Avro məzənnəsi isə 0,61% geriləyərək 74,50 rubla enib.
Rusiya Mərkəzi Bankı oktyabrın 25-ə təyin etdiyi rəsmi məzənnədə ABŞ valyutasının 65,62 rubl , avro məzənnəsinin isə 75,08 rubl olacağını bəyan edib.
Ekspertlərin fikrincə, rublun dəyərinin artım sürəti uzun sürəcək. Yaxın gələcəkdə neft qiymətlərinin düşməsi də buna təsir edəcək. Bundan əlavə, ilin sonunda Rusiya şirkətləri xarici borcların ödənilməsində dollar tələbatı artacaq. Nəticədə dollar 68 rubla çatacaq.