Hesabatlar

"Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 45% azalıb

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 55 min manat xalis mənfəətlə başa vurub.

"ENA" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 45% azdır.

Ötən il “Azərbaycan Mikro-Kredit”in gəlirləri 753 min manat, o cümlədən faiz gəlirləri 681 min manat, qeyri-faiz gəlirləri 72 min manat, xərcləri 693 min manat, o cümlədən faiz xərcləri 86 manat, qeyri-faiz xərcləri 607 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 14 min manat, mənfəət vergisi ödəmələri isə 20 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 2,962 milyon manat olub ki, bu da illik müqayisədə 6,15% azdır. Bunun 2,602 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 10% kiçilib.

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 50,2% azalaraq 408 milyon manata düşüb, balans kapitalı isə 9,3% artaraq 2,555 milyon manata, o cümlədən nizamnamə kapitalı 11,8% artaraq 2,5 milyon manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)