"Unibank" turizim şirkətini məhkəməyə verdi
“Unibank Kommersiya Bankı” ASC “İZ Travel” MMC-ni məhkəməyə verib.
"ENA" xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 83 min 520 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı baxılmamış saxlayıb.