İran nüvə fəaliyyətinə başlayacağını elan etdi
İran yenidən uranı zənginləşdirməyə başlayacaq.
"ENA.az" xəbər verir ki, İran dövlət televiziyası, hökumətin, Birləşmiş Krallıq, Fransa, Almaniya, Çin və Rusiya səfirliklərini nüvə fəaliyyətlərinə yenidən başlayacağı barədə məlumat verdiyini bildirib. Tehran, müqavilənin ləğvi üçün hələ erkən olduğunu açıqlayıb.
İranla 2015-ci ildə bağlanmış nüvə müqaviləsi, Tehranın nüvə proqramına tətbiq ediləcək məhdudiyyətlər əvəzində sanksiyaların götürülməsini nəzərdə tutmuşdu.
ABŞ, İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında imzalanmış nüvə müqaviləsindən 2018-ci ilin May ayında təktərəfli çıxaraq sanksiyaları yenidən həyata keçirməyə başlamışdır.
ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra, Avropa ölkələrindən müqavilənin davamı üçün qətiyyətli addımlar atmasını istəyən Tehran rəhbərliyi, maraqlarının təmin olunmaması vəziyyətində müqavilədə qalmayacağını dilə gətirir.