MALİYYƏ

Maliyyə Nazirliyinin istiqrazları tam yerləşdirilib

07 may 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105008756 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 96.6274 AZN (9.90%) və 100.9130 AZN (7.5%) olan 17 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.4192 AZN (8.88%), orta ölçülmüş qiyməti 98.5851 AZN (8.78%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 milyon 10 min 200 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  04.05.2021-ci il.

Hərrac iştirakçıları 8 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)