Dövlət tərəfindən pulsuz dərmanlar kimlərə veriləcək? - AÇIQLAMA
"Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər".
"ENA.az" xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.
Ə.Əhmədov əlavə edib ki, hər il əhalinin müxtəlif təbəqələri üçün dövlət tərəfindən pulsuz formada dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa bu artıq ayrı məsələdir".
Onun sözlərinə görə, həmin şəxsin siyahıya salınması üçün əsasları və xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır: "Konkret faktlar varsa ki, hansısa yerdə kiməsə dərman çatmayıb, bunu ayrıca araşdırmaq lazımdır. Bütövlükdə Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır. Bu vəsait də ünvanlı xərclənir, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur".