ENA+

İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edib.

"ENA.az" xəbər verir ki, bələdiyyə sədri vəzifəsini Əli Yerlikaya icra edəcək.

Həmçinin qeyd edilir ki, R.T.Ərdoğan Binəli Yıldırımın yenidən keçiriləcək İstanbul bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)