ENA+

Azərbaycanda ən populyar şampun markaları - ARAŞDIRMA

“Business Insight” şirkəti “Marka Mənsubiyyəti Araşdırması” ilə bağlı növbəti sorğusunu həyata keçirib.

Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1270 respondentlə həyata  keçirilib. Respondentlərə "Saçlarınız üçün hansı şampun markasından davamlı olaraq istifadə edirsiniz?" sualı da verilib.

"ENA.az" Araşdırmaya istinadən xəbər verir ki, sorğuya cəlb edilən respondentlər 95 adda saç şampun markasını qeyd ediblər.
"Bu markalar arasında "Head&Shoulders" daha populyardır (32,3%). 21.3% respondent qrafikdə göstərilməyən digər şampun markalarını qeyd edib.

6.5% respondent isə qeyd edib ki, şampundan istifadə etmir.

3.1% respondent mobil telefonla suallara cavab verdiyi üçün evdə olmadığını əsas kimi gətirərək şampun markasının adını deyə bilməyib.

Təhlillər göstərir ki, "Head&Shoulders" istifadəçiləri arasında kişilər əksəriyyət təşkil edir (bu markanın istifadəçilərinin 61%-ni kişilər, qalan 39%-ni isə xanımlar təşkil edir).

Yaş kateqoriyaları üzrə seqmentasiya etdikdə "Head&Shoulders"ın bütün yaş kateoqriyaları tərəfindən eyni səviyyədə istifadə olunduğu məlum olur (gənclər (20-35 yaş) – 49,3%, yaşlılıar (35 yaş+) - 50,7%).

Amma "Elidor"un gənclərin şampunu olduğunu qeyd edə bilərik. Çünki "Elidor" istifadəçiləri arasında gənclər çoxluq təşkil edir. Azərbaycanın şampun markalarından istifadə
xəritəsinə nəzər salsaq məlum olur ki, "Head&Shoulders" ən çox Aran (45%) və Gəncə-Qazax (38,5%), "Elidor" ən çox Abşeron (21,4%) iqtisadi rayonunda istifadə olunur",- Araşdırmada deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)