İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələri ləğv edildi
Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.
“ENA” "Hurriyet"ə istinadən xəbər verir ki, qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək.