"Qala Həyat Sığorta"nın aktivləri azalıb
“Qala Həyat Sığorta” ASC 2018-ci ilin birinci yarısında 784 min manat mənfəət əldə edib.
“Bİ” xəbər verir ki, 6 ay ərzində şirkətin gəlirləri 15,324 milyon manat, xərcləri isə 14,541 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 33 milyon 977 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 12,8% azdır. Yanvar-iyun aylarında şirkətin öhdəlikləri 28,85% azalaraq 14 milyon 186 min manata düşüb, balans kapitalı isə 4,1% artaraq 19 milyon 791 min manata çatıb.