Rusiyada sərnişin təyyarəsi enərkən yandı: 41 ölü
Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.
İlkin məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb (41-i ölüb). Bu barədə Rusiya İstintaq Komitəsinə istinadən TASS məlumat yayıb.
"Aeroflot" şirkətindən verilən açıqlamada, mühərrikinin alovlanması səbəbilə yanğın baş verdiyi qeyd edilib.
Yanğının söndürüldüyü qeyd edilən açıqlamada, təyyarənin quyruq qisiminin tamamilə yandığı bildirilib.
Qəza ilə bağlı istintaq başlayıb.