Sənaye

Azərbaycan-Çin Sənaye Zonası yarada bilər

Bakı və Pekin Azərbaycan-Çin Sənaye Zonası yarada bilər. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Biz Azərbaycanda ASK məhsullarının istehsalı və emalı ilə məşğul olmağı planlaşdıran Çin şirkətlərindən biri ilə bu ölkəyə ixracın təşkilinə dair danışıqlara başlamışıq. Bu çox maraqlı təklifdir, Çin şirkətinin nümayəndələrinin səfərini gözləyirik. Gələcəkdə Azərbaycan-Çin Sənaye Zonasının yaradılması mümkündür”, - Ş.Mustafayev AzTV telekanalının efirində bildirib.

O cümlədən, nazir qeyd edib ki, 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ASK sahəsində layihələrin reallaşdırılması üzrə sazişlər imzalanıb (Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair – İF).

“Çin şirkətlərinin bu layihələrə mərhələli şəkildə sərmayələri 300 milyon manat səviyyəsində qiymətləndirilir”, - Ş.Mustafayev əlavə edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)