Yeni tikilən binaların təhlükəsiz hüquqi dövriyyəsinin üsulu - MÜZAKİRƏ EDİLİR
Mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi" proqramı çərçivəsində "Təminat qeydi - yeni inşa edilən binaların təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda dəyirmi masa keçirir.
"BI" xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkəmizdə mütəmadi və sistemli islahatların aparıldığını deyib. Bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, barəsində təminat qeydi aparılan, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasının da ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulub.
GIZ-in proqram rəhbəri Thomas Meyer isə təminat qeydinin zərurəti barədə Almaniya təcrübəsini bölüşüb.
Tədbir işini sessiyalarla davam etdirəcək.