MALİYYƏ

"Maliyyə nəzarətinin gücləndirilməsi Hesablama Palatasının prioritetlərindəndir"

Azərbaycan Hesablama Palatası tərtib olunmuş iş planı əsasında fəaliyyət göstərir. Bu ilin sonuna qədər əsas planımız nəzarət tədbirlərinin keçirilməsi ilə bağlıdır. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, bu il Hesablama Paltası üçün ən əsas məsələ Hesablama Palatası haqqında yeni qanunun tətbiqi ilə əlaqədar onun vəzifə və salahiyyətlərinə aid edilmiş sərhədlər çərçivəsində audit tədbir fəaliyyətini genişləndirməkdir. Həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübəni tətbiq etməklə, maliyyə nəzarəti sahəsində fəaliyyətin daha gücləndirilməsi də Palata üçün prioritet sahələrdəndir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)