Azərbaycan və Xorvatiya arasında birbaşa mövsümi reyslər açıla bilər
Xorvatiya və Azərbaycan arasında qarşılıqlı turist və sahibkarların səfərlərinin artacağına ümid edirik.
Bunu Xorvatiya Respublikasının baş nazirinin müavini, Xarici və Avropa işlər naziri Mariya Peyçinoviç-Buriç açıqlamasında deyib.
Onun sözlərin görə, gələn ildən paytaxtlararası birbaşa reyslərin açılması da mümkündür.
Xorvatiyalı rəsmi deyib: "Hesab edirəm ki, gələn ildən Bakıdan Zaqreb, Split, Dubrovnik, Zadar, Pula istiqamətində birbaşa mövsümi reyslərin açılması da mümkündür".