Lənkəran Şəhər İcra Hakimiyyətində - YENİ TƏYİNAT
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
"BI" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vüqar Adil oğlu Məmmədov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, V.Məmmədov bu təyinatadək Lənkəran Şəhər İcra Hakimiyyətinin Sosial iqtisadi məsələlər şöbəsinin müdir müavini işləyib.