Elman Rüstəmov Manatın məzənnəsi barədə danışdı
Azərbaycan manatının məzənnəsi sabitdir. Hətta Dövlət Neft Fondu təklif etdiyi dolları tam sata bilməyib.
BI xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bu günə qədər 30 valyuta hərracı keçirilib və banklara 1,9 milyard dollar satılıb. "Təklif tələbi üstələyib və neft fondu satış qrafikində bir qədər geri qalır".
Mərkəzi Bank bu mövzuda nikbindir və sabitliyin bəyan edəcəyini hesab edir.