Xəzər Dəniz Gəmiçiliyinin xalis mənfəəti 2 dəfə azalıb
2018-ci ilin yekunları üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) 52,4 milyon manat (30,8 milyon dollar) xalis mənfəət əldə edib. Bu, 2017-ci ildəkindən (100,1 milyon manat) 2 dəfə azdır.
"Businessinsider.az" xəbər verir ki, bu barədə AXDG-nin maliyyə hesabatında qeyd edilir.
Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7% azalaraq 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından (170,7 milyon manat) gəlirlər 5 faiz azalıb, logistika xidmətlərindən mədaxil (23,3 milyon manat) 20 dəfə artıb. 2018-ci ildə AXDG-nin ümumi gəlirləri 484,5 milyon manat təşkil edib.