Elm və Texnologiya

"Facebook"un gəlirləri və mənfəəti artıb

"Facebook" maliyyə ilinin ilk rübündə proqnozlardan çox mənfəət əldə edib.

"Businessinsider.az" xəbər verir ki, ilk rübdə səhmbaşına (bir səhmə) mənfəət ötən ilin eyni dövründəki 1,69 dollardan 1,89 dollar səviyyəsinə yüksəlib. Analitiklər isə səhmbaşına 1,63 dollar mənfəət gözləyirdilər.

İlk rübdə "Facebook"un gəlirləri isə 26 faiz artımla 15,1 milyard dollar səviyyəsinə qalxıb. Ötən ilin eyni dövründə 12 milyard dollar olan gəlirlərin bu rübdə 15 milyard dollar olacağı nəzərdə tutulurdu.

"Facebook"un aylıq və gündəlik istifadəçi sayı da ilk rübdə 8 faiz artaraq müvafiq olaraq 2,4 milyard və 1,6 milyard olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)