Aqrar

13 ton bal qalıb

“Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb”.

Bu açıqlamanı jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, yarmarkaya ümumilikdə 120 ton bal çıxarılıb və bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib:

 

“Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)