Vakansiyalar

"Odlar Yurdu" Sığorta Brokeri işçi axtarır - VAKANSİYA

“Odlar Yurdu” Sığorta Brokeri MMC namizədləri Sığorta satışı üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə gənc və kreativ komandanın üzvü olmağa dəvət edir:

Namizədə tələblər:

• Yaş: 20 - 45
• Cinsi: Qadın
• Təhsil: Natamam Ali və Ali
• İş təcrübəsi: arzuolunandır (Sığorta, telemarketinq, telesatış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
• Dil bilikləri: Azərbaycan (əla) Rus dili (arzuolunandır)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər (müsahibə zamanı dəyərləndiriləcək vacib keyfiyyətlər):

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Telefon vasitəsilə sığorta məhsullarının satışı
• On-layn alış və sorğuların cavablanması və monitorinqi
• Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:30 - 18:30
• 300 AZN sabit əmək haqqı + bonuslar
• Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq

Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun. CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin. Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini info@oys.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Sığorta satışı üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department