Goldman Sachs neftdə "ralli" gözləmir
Qlobal investisiya bankı "Goldman Sachs", ABŞ-ın İrana tətbiq edilən neft sanksiyalarından 180 gün azad edilmiş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlamasının neft qiymətlərinə məhdud təsiri olacağını proqnozlaşdırır.
"Businessinsider.az" xəbər verir ki, Qurum araşdırma hesabatında, "Qısamüddətli yuxarı istiqamətli yüksəlişlər olsa da, ilin ikinci rübündə Brent neftin barrel qiymətinin 70-75 dollar aralığında qalacağı fikrini qoruyuruq" ifadələrinə yer verib.
ABŞ-ın dünən 8 ölkənin İrana neft sanksiyalarından sərbəstliyinin uzadılmayacağını açıqlaması neft qiymətlərində kəskin yüksəlişə səbəb olmuş, qiymətlər ilin ən yüksək səviyyələrinə qalxmışdır.