Bank

"Rabitəbank"da - YENİ TƏYİNAT

Rabitəbank” ASC-nin İnsan Resurslarının İdarəedilməsi Departamentinin İşə Qəbul və Qiymətləndirmə Şöbəsinə yeni müdir təyin olunub.

"Businessinsider.az" xəbər verir ki, 2019-cu ilin aprel ayından təyin olunmuş bu şəxs Elçin Nəsibovudur. O bu vəzifədə Kəmalə Eynullayevanı əvəz edib. Bankdan verilən məlumata görə Eynullayeva işini ADA Universitetində davam etdirəcək.

Qeyd edək ki, E.Nəsibov bu günə qədər “Kapital Bank” ASC-nin İnsan Resurslarının İdarəedilməsi şöbəsinin menecer vəzifəsində çalışırdı. Nəsibov bankın heyətinə 4 ildir ki, qatılıb.

O, həmçinin “Bank of Baku” ASC-də də müvafiq sahə üzrə vəzifələrdə fəaloyyət göstərib.


Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)