Əkrəm İmamoğluna İstanbulun bələdiyyə sədri vəsiqəsi təqdim edilir - CANLI YAYIM
İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.
"BI" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirib.
Ə.İmamoğlu vəsiqənin təqdim olunması çün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.