Bakıya biri 300 manatdan zibil konteynerləri gətirildi
Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Bakıya ilkin olaraq Almaniya və Rusiyanın birgə istehsalı olan 1540 ədəd tullantı konteyneri gətirilib.
"BI" xəbər verir ki, konteynerlər ilk olaraq paytaxtın Nərimanov, Səbail, Yasamal və Nəsimi rayonlarında quraşdırılıb.
Quraşdırılan konteynerlər ərazilər üzrə müxtəlif rənglərdə olacaq. Aprel ayının sonuna ölkəyə daha 110 ədəd konteynerin gətirilməsi gözlənilir. Gələn ayın əvvəli isə yalnız Almaniya istehsalı olan daha 125 ədəd konteyner gətiriləcək.
Eyni zamanda konteynerlerin gətirilməsinə təlabat yaranarsa, əlavə olaraq yenidən konteynerlərin sifariş veriləcəyi istisna edilmir.
Böyük Britaniya "Mott MacDonald" şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon jurnalistlərə açıqlamasında Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacağını deyib:
“Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəini hazırlamaq idi. Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tətbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemi yaradılacaq.
Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaq. Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu, böyüyən və inkişaf edən şəhəri muasir ximətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin”.