Qeyri-Bank

"BTB Leasing" səhmdarına hesabat verəcək

Mayın 31-də, saat 15:00-da “BTB Leasing” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

Yığıncaq şirkətin Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “BTB Leasing”in illik hesabatların (balans, mənfəət-zərər hesabları) təsdiq olunması və maliyyə vəziyyətinin müzakirə edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "BTB Leasing" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 min manatdır. Şirkətin səhmləri 100% Rəsul Oqtay oğlu Bəşirova məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department