Bu il Bakı metrosuna 6 yeni qatar alınacaq
Bu il istismarını başa vurmuş 6 qatar xətdən kənarlaşdırılacaq.
Bunu "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İsmayılov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, qatarların istismar müddəti 31 ildir: "İstismarını başa vurmuş 81-714/717 tipli 6 qatar xətdən uzaqlaşdırılaraq əvəzində bu il 81-765 tipli "Metrovaqonmaş" istehsalı olan hər biri 5 vaqondan ibarət 6 qatar alınacaq. Bu qatarların istehsalında ən aparıcı sistemlər tətbiq olunub".