İnşaat və əmlak

Kirayə ilə mənzil almağı gözləyənlərin - NƏZƏRİNƏ

İşlər yekunlaşmaq üzrədir. Yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanacaq

"Satmaq öhdəliyi ilə kirayə mexanizminin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də  müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir". 

Bu, "BI"yə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və aztəminatlı ailələrin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi məqsədilə Fondun qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılmasıdır. Azərbaycan Prezidentinin 2019-cu ilin 25 yanvar tarixində imzaladığı Fərmanla Fonda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin icrası həvalə olunub. Qeyd edilən Fərmana uyğun olaraq, hazırda Fond tərəfindən yeni mexanizmin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də  müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir. Bundan başqa, əhalinin müraciətlərinin qəbulu üçün ASAN Xidmət Mərkəzləri ilə əməkdaşlıq üzrə işlər də yekunlaşıb. Qeyd olunanlarla əlaqədar Fond tərəfindən yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur",- Fonddan bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)