Gömrük Komitəsi: “O video Azərbaycanın gömrüyündə çəkilməyib”
Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına ittihamlar irəli sürürlər.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: “Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”.