Rəsmi

Bu qanunlar dəyişəcək - SİYAHI

Milli Məclisin (MM) sabah - aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.

"BI" xəbər verir ki, MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, 9 aprel iclasında 20 məsələnin müzakirəsi nəzərdə tutulur.

O qeyd edib ki, plenar iclasda bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri, həmçinin, Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək.

Hesabatla Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edəcək.

Hesabat ətrafında müzakirələr başa çatdıqdan sonra sənəd səsverməyə çıxarılaraq, təsdiqlənəcək.

Aprel ayında keçiriləcək növbəti iclasın vaxtına gəlincə, A.Təvəkküloğlu hələlik bunun müəyyənləşmədiyini qeyd edib.

Qeyd edək ki, apreldə keçiriləcək növbəti iclasda hesabatlar silsiləsinə yekun vurulması gözlənilir.

Sonuncu hesabat isə daxili işlər nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovun illik hesabatı olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)