Avtomobil

Avropa Komissiyası "BMW" şirkətini cərimələyib

Avropa Komissiyası rəqibləri ilə sövdələşməkdə ittiham etdiyi “BMW” avtokonsernini cərimələyib.

"BI"nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, idarə heyətinin iclasında antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq olunan 1 milyard avro həcmindəki cərimə sanksiyasının ödənilməsinə qərar verilib.

Xatırladaq ki, Avropa Komissiyası BMW, “Daimler” və “Volkswagen” şirkətlərini 8 il ərzində qanunvericiliyin müddəalarına zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib. Bunun nəticəsində isə alıcılar havanın az miqdarda çirklənməsinə xidmət edəcək avtomobillər əldə etməkdən məhrum olub.

İqtisadçılar sözü gedən qərarın şirkətin 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərinə neqativ təsir edəcəyini proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)