Rəsmi

Prezident sərəncam imzaladı: Büdcədən 8,5 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti "Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"BI" xəbər verir ki, Sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)