"Bu il Dolların 6 faiz ucuzlaşacağını gözləyirik"
"Morgan Stanley", dolların ABŞ-da yavaşlayan iqtisadi artıma və Fed-in faiz artırmağı təxirə saldığına görə bu il 6 faiz ucuzlaşacağını gözləyir
Qlobal investisiya bankı "Morgan Stanley"ə görə, dollar üçün bu il ən yaxşı günlər sona çatıb.
"Businessinsider.az" xəbər verir ki, Bankın analitikləri, dolların, ABŞ iqtisadiyyatında artımın yavaşlaması və Fed-in "göyərçin" mövqeyinin dünyanın ən böyük ehtiyat valyutası üzərində təzyiq yaratması ilə əlaqədar olaraq bu ilin sonuna qədər 6 faiz düşəcəyini ehtimal edirlər.
"Morgan Stanley"in strateqlərinə görə, Dolların qiyməti ən yüksək səviyyəsinə çatıb və bazarın gözləntilərindən daha çox düşəcəkdir.
Banka görə, dolları son dövrdə dəstəkləyən amerikalı investorların qazanclarını ölkəyə gətirməsi də azalacaq.
Beləliklə "Morgan Stanley", dolların zəifləyəcəyi barədə "Goldman Sachs Group Inc" və "Western Asset Management"ə oxşar fikirləri müdafiə etmişdir. Bloomberg Dollar Spot İndeksi ötən il 3 faiz artdıqdan sonra 2019-cu ildə G-10 ölkələrinin pulları qarşısında çox dəyişməyib.
Digər tərəfdən, dollardan uzaqlaşanlar, sadəcə, strateqlər deyil.
Beynəlxalq Valyuta Fondunun (IMF) Cümə günü açıqladığı məlumatlara görə, qlobal mərkəzi bankların dollardakı ehtiyatları ardıcıl üç rüb azalaraq 2013-cü ildən bu yana ən aşağı səviyyəsinə enib.Dollar "rezerv" valyutası kimi cazibəsini itirir.
Strateqlər, "Dolların zəifləməsi onu daha az cəlbedici edir. Vəziyyətin bir çıxılmaz dairəyə çevrilməsilə risklərinin yüksək olduğunu düşünürük" şəklində bildiriblər.