MALİYYƏ

"Diqlas"ın sahibkarlarına ayrılan vəsaitin verilməsi qaydası hazırdır - NAZİRLİKDƏN AÇIQLAMA

"Diqlas" ticarət mərkəzində malları yanan sahibkarlara ayrılan vəsaitin verilməsi qaydası hazırdır. Hazırda qaydalar təsdqilənmə prosesindədir və bu günlərdə açıqlanacaq. 

"Businessinsider.az" xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Sahib Məmmədovun sözlərinə görə, sahibkarlarla görüş martın 31-də yekunlaşıb.

Nəticədə bu hadisə ilə bağlı 441 sahibkarla fərdi qaydada görüş keçirilib və onlar zərərçəkən kimi tanınıb. 

Xatırladaq ki, prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. 

Zərərçəkənlərə dəyən ziyanın ödənilməsində Diqlasın sahiblərinin iştirakına gəlincə, nazir müavini bu suala cavab vermək istəmədiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department