Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi - VİDEO
Avtomobilləri texniki baxışdan keçirmədən idarə etməyə görə təkrar cərimə tətbiq etmək üçün verilən müddət uzadılır.
"Bİ" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq əsasnamədə dəyişiklik edib.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əvvəllər bu müddət 10 gün idi.
Müddətin uzadılmasının özünəməxsus səbəbləri var. Əsas səbəblərdən biri cərimələmə mexanizminin dəyişməsidir.
Ekspertin sözlərinə görə, bu qərarın verilməsi sürücülərin daha məsuliyyətli olmaları üçün bir işarədir. O bildirib ki, Nazirlər Kabinetinin qərarı İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşımaqla, qanunvericilik texnologiyasının təkmilləşdirilməsi anlamına gəlir.
- “Audi” əfsanəvi loqosunu yeniləyir? - “Dörd halqa”nı nə əvəz edəcək? – FOTO
- “Khazar SD” maşınları Rusiya və Gürcüstan bazarlarına çıxa bilər - DANIŞIQLAR APARILIR