İstanbul bələdiyyəsinə rəhbərlik edəcək şəxs məlum oldu
Türkiyədə keçirilən bələdiyyə seçkiləri nəticəsində İstanbul şəhər bələdiyyəsinin sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) namizədi Ekrəm İmamoğlu seçilib.
"BI" AA-ya istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, gərgin mübarizə şəraitində keçən seçkiləri 4165 min səslə (48,79 faiz) qazanan Ə.İmamoğluna qarşı hakim Ədalət və İnkişaf Partiyasının namizədi, keçmiş Baş nazir Binəli Yıldırım 4138 min (48,51 faiz) səs toplayaraq ikinci olub.
Qeyd edək ki, İstanbulun 39 inzibati bölgəsi üzrə də seçkilərdə 14 bələdiyyədə CHP, 24 bələdiyyədə AKP, bir bələdiyyədə də AKP ilə ittifaqda iştirak edən Milliyyətçi Hərəkat Patrtiyasının namizədləri qələbəyə nail olublar.