Milli Depozit Mərkəzinin rəhbərliyində dəyişikliklər oldu
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbəti iclası keçirilib.
"BI" Mərkəzə istinadən xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ Şuranın tərkibində dəyişikliklərin edilməsi olub. Belə ki, MDM-in üzvü olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Kalayev Şuranın üzvü, Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Məmmədov Orxan Ələkbər oğlu müstəqil üzvü seçilib.
Qeyd edək ki, MDM-in Müşahidə Şurası beş nəfərdən ibarətdir və onun tərkibinə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, Mərkəzin üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.